Xiyarda boz çürümə ən çox rütubət və aşağı temperaturda əmələ gəlir . Belə anlarda bitki zəifləyir və bir neçə xəstəlik eyni vaxtda hücum edə bilir.
Xəstəliyin simptomları.
- kök, yarpaq və meyvələr üzərində boz ləkələrin əmələ gəlməsi
- Meyvə üzərinə nekrotik ləkələr (sonra xiyar çürüməyə və qurumaya başlayır);
- Çürüyən tumurcuqlar.
Boz çürümə tərəvəz bitkilərində o cümlədən xiyar bitkisində geniş yayılmış xəstəliklərdən hesab olunur.Bu xəstəlik bitkinin həm vegetativ həmdə generativ orqanlarına ciddi şəkildə ziyan vuraraq bitkinin 50-55 % məhv olmasına səbəb olur. Bu xəstəliyin əlamətləri aşkar edildikdə dərhal ciddi mübarizə tədbirləri həyata keçirmək lazımdır.
Xiyarda Boz çürümə xəstəliyi olmaması üçün birinci növbədə istixanada rütubətə və temperatura nəzarət etmək lazımdır. Əkin sxemində bitkilərin seyrəkliyi nəzərə alınmalıdır.
Əgər xəstəliyin simptomları və əlamətləri artıq görünürsə mütləq kimyəvi mübarizə aparmaq lazımdır.
Affet preparatından istifadə etdikdən bir gün sonra xiyar bitkisinin meyvələrini istifadə etmək olar. Ona görə ki, Affet preparatının gözləmə müddəti sıfır gündür.