Boz çürümə digər bitkilərdə olduğu kimi Pomidor bitkisində də çürümə halları olur. Pomidorda və digər bitkilərdə olan Boz çürümə xəstəliyi göbələlək xəstəliklərinin bir növü hesab olunur. Bitkilərdə hər bir xəstəliyin yaranma səbəbləri var. Pomidorda Boz çürümə, bitkinin bütün yerüstü orqanlarında müşahidə olunur. Köhnə yarpaqlarda gövdənin digər hissələrində qonur ləkələr əmələ gəlir. Gövdə və yarpaqda yaranan ləkələr əvvəl quru sonra isə yaş olur. Xəstə bitkinin yarpaqları saralır, aşağıdan yuxarı qurumağa başlayır və tədricən bitki məhv olur. Bundan əlavə pomidor bitkisinin saplağa birləşən hissəsində boz ləkələr əmələ gəlir və yayılaraq meyvənin tam çürüməsinə səbəb olur. Bu xəstəlik yəni Boz çürümə digər bitkilərdə o cümlədən pomidor bitkisində məhsulun 65%-ni məhv edir. Göbələk mitselləri kök və meyvəyə nüfuz edir. Göbələk sporları çox canlıdır ve sürətlə yayıla bilirlər. Xəstəlik digər bitkilərdən də keçə bilər. İnfeksiya hava və su ilə yayılır. Bu xəstəlik əsasən yağışlı havadan sonra rütubətin artması ilə sürətlə yayılır. Bu xəstəliklə düzgün mübarizə aparılmasa xəstəlik bitkini tamamilə məhv edər.
Mübarizə tədbirləri:
Birinci növbədə Aqrotexniki qaydalara riayət etmək lazımdır.
Bitkilərin əkin sxemini düzgün qaydada hazırlamaq lazimdır, istixana şəraitində nisbi rütubətin yüksəlməsinin qarşısı alınmalıdır, havalandırma məsələlərinə mütamadi olaraq diqqət yetirmək lazımdır.
Əgər Pomidor bitkisində Boz çürümə xəstəliyinin əlamətləri müşahidə olunarsa dərhal kimyəvi mübarizəyə başlamaq lazımdır:
Yaponiyanın “ MİTSUİ “ şirkətinin son texnologiyaların nailiyyəti ilə istehsal etdiyi AFFET (Pentopirat 200gr/l) preperatı ilə 5-7 gün intervalla iki dəfə çiləmə aparmaq lazımdır. Boz çürümə xəstələyini anında dayandırır və uzun müddət bu xəstəliyin qarşısı alınır.
Dünya Səhiyyə Təşkilatı AFFET preperatını dünyada yeganə tam zərərsiz Funqisid kimi qeydə alıb. Həm də ki, AFFET preparatının gözləmə müddəti sıfır gündür. Yəni AFFET ilə hər hansı bir bitki üzərinə çiləmə aparıldıqdan sonra, növbəti gün həmin bitkinin meyvəsini yemək olur.