logo
Çağrı mərkəzi;
051 436 77 70
Bizə yazın;
[email protected]

Çiyələk bitkisində boz çürümə xəstəliyi


Əsasən sıx əkilmiş bitkilərdə bu problem baş verir. Əgər bitki nəm şəraitdə çox qalmışsa və bitki zədəli və ya zəifsə həmin problemlə üzləşməsi qaçınılmazdır. Boz çürümə adətən zədəli hissələrdən daxil olur, ancaq sağlam bitkiyədə düşə bilir. Boz çürümə baş verməsin deyə bitkilər seyrək və nisbətən isti havalarda əkilməlidir. Boz çürümənin yayılmaması üçün gigiyena çox əhəmiyyətlidir.     

Boz çürümə ən çox sıx mühiti sevir və bitkini əkərkən doğru aralıqda olduğuna əmin olun. Boz çürümə xəstəliyi giləmeyvəli bitkilərdə daha sürətli yayılır. İsti ve rütubətli hava bu xəstəliyi törədən göbələk mitseliləri və sporları sürətlə inkişaf edərək çoxalırlar. Çiyələk bitkisinin meyvesinin üzerinde boz lekeler əmələ gəlir, rütubətli havada meyvəlerin üzərində boz lekeler olur ki, bu da meyvənin çürüməsinə səbəb olur. Boz çürümə çiyələk bitkisinin məhsuldarlığına ciddi ziyan vurur bele ki, 70-75 % meyvəlerin çürüməsinə, meyvələrin eybəcərləşməsinə və məhv olmasına səbəb olur. Bu xəstəliyin simptomları aşkar edildikdə dərhal vaxt itirmədən düzgün müalicə tədbirlərini həyata  keçirmək lazımdır.

Çiyələk hər kəsin, əsasən də uşaqların çox xoşladığı bir giləmeyvədir. Çox zaman hamı çiyələyi yumadan yeyir.

Çiyələkdə boz çürümə və digər xəstəliyə qarşı istifadə olunan bir çox Pestisidlərin gözləmə müddəti 3-7 gün olmasına baxmayaraq, bu meyvə demək olar ki hər gün yığılır və istehlakçılara çatdırılır. Belə Pestisidlərin bitkidə və meyvədə  toksik maddələrin qalıq faizi yüksək olur və zəhərlənməyə belə səbəb ola bilər.

Bu prosesi nəzərə alaraq Yaponiya alimləri zərərsiz Ana maddələr kəşf etmişlər. Son beş ildə Yaponiyanin “ Mitsui “ Koorporasiyası yeni nəsil Ana maddələrdən istifadə edərək zərərsiz  Pestisidlərin istehsalına başlamışdılar. Bunlardan biri də AFFET (Pentopirat 200gr/l) funqisididir. Məsarif norması 150gr – 100 litr.

AFFET çiyələk səhəsində həddindən artıq çox böyük ziyan vuran Boz çürümə xəstəliyini dəqiqələr içində dayandırır. AFFET çiyələk sahəsinə çiləndikdən  sonrası günü çiyələk meyvələrini yığıb istifadə etmək olar. Ona görə ki, bu dərmanın gözləmə müddəti (0)sıfır gündür.

Dünya Səhiyyə Təşkilatı AFFET preparatını zərərsiz Pestisid kimi qeydə almışdır.

Affet preparatı