"Mamedoğlu GROUP" 01.01.2023 fəaliyyətə başladı. Şirkət məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir.
"Mamedoğlu GROUP" ən yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir.
"Mamedoğlu GROUP" bir neçə biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar MEDİA, KƏND TƏSƏRRÜFATI, LOGİSTİKA sahələrini əhatə edir.
"Mamedoğlu GROUP" olaraq MEDİA, KƏND TƏSƏRRÜFATI, LOGİSTİKA sahələri üzrə məhsullarımızın çeşidini və fəaliyyət istiqamətlərini artırırıq.
MİSSİYAMIZ:
MEDİA, KƏND TƏSƏRRÜFATI və LOGİSTİKA sahələri üzrə dünya liderlərindən olmaqdır.
MƏQSƏDİMİZ:
Azərbaycan məhsullarının istesalını və dünya bazarında çıxarılmasını təmin etməkdir.
ƏSAS HƏDƏFLƏR:
Dünya bazarında layiqli yerlərdən birini tutmaq;
Çeşidlərin müxtəlifliyini artırmaq və geniş miqyaslı ticarət dövriyyəsinin qurulması;
Keyfiyyətə nəzarətin artırılması və davamlı olaraq bu istiqamətdə işlərin təşkili;
Digər ölkələrdə fəaliyyət göstərmək üçün yeni imkanların araşdırılması.
UĞUR PRİNSİPLƏRİMİZ:
Keyfiyyətli və yüksək standartlara cavab verən məhsullar təklif etmək;
Ətraf mühit qarşısındakı məsuliyyətimizi dərk edərək onu qorumaq;
Ölkədə və dünya bazarında müxtəlif istiqamətlər üzrə nüfuz qazanmaq.
DƏYƏRLƏRİMİZ:
Peşəkarlıq. Məsuliyyət, keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif edən peşəkarlarıq;
Keyfiyyət. Biz istehsal, sağlamlıq və keyfiyyət göstəricisiyik;
Zəmanət. Biz məhsullarımıza öz adımızla zəmanət veririk.