logo
Çağrı mərkəzi;
051 436 77 70
Bizə yazın;
[email protected]

Agıllı ev sistemləri

Ağıllı Ev Nədir?

Ağıllı ev rahatlıq, qənaət, maksimum təhlükəsizlik, mərkəzdən və uzaqdan hər şeyə nəzarət edərək, idarə edə bilməkdir. Ağıllı ev ssenariləri zaman itirmədən işıqlandırma, istilik-soyutma, təhlükəsizlik, əyləncə, bağ suvarması və s. kimi gündəlik həyatınızda olan standart ehtiyaclarınızı mərkəzdən bir toxunuşla idarə etməyinizə imkan yaradır. Bu sistem gündəlik həyatda bir çox işləri avtomatik olaraq yerinə yetirilməsini təmin edir. Günəş doğarkən jalüz, pərdələrin avtomatik açılması və ya istənilən işıq səviyyəsinə görə avtomatik olaraq ayarlanmasını tənzimləyir. Küləyin sürətinə və yağış yağma durumuna bağlı olaraq jalüzlərin avtomatik bağlanması təmin edilə bilər.

Çöl hava şərtlərinə görə evin istiliyinin istənilən dərəcəyə gətirilməsi, hərəkət detektorları ilə evin hollarında işıqların istənilən aydınlıq dərəcəsinə görə avtomatik olaraq yandırılması, hər hansı bir həyəcan vəziyyəti, qaz qaçağı və ya su basqını zamanı vanaların avtomatik olaraq bağlanması, bütün evin elektrikcərəyanının kəsilməsi və s. kimi imkanlarla bu siyahını genişləndirmək olar.Elsmart, Ev Avtomatlaşdırma Sistemlərində plataların dizaynından tutmuş, proqramlaşdırılmasına kimi hər şey yerli mütəxəsislər tərəfindən aparılır. Bu isə sizə arzuladığınız ssenarini evinizə tədbiq etmək imkanı verir. Bu sistem gündəlik həyatda bir çox işləri avtomatik olaraq yerinə yetirilməsini təmin edir.

Biz Kimik?

"MAMEDOGLU GROUP"  2022-ci ildən əməkdaşlıq etdiyi  "ALLSMART" şirkəti “ALLSMART TECHNOLOGIES” özündə “ELSMART”, “ACCESSO” kimi yerli texnologiya markalarını birləşdirir. Hüquqi olaraq “ALLSMART TECHNOLOGIES” ağıllı qurğuların istehsalı, Ev – Bina avtomatlaşdırılması sisteminin istehsalı və quraşdırlması, “Ağıllı otel” və “Ağıllı ofis” sistemləri, təhlükəsizlik sistemləri və giriş-çıxışa nəzarət, avtomatik keçid sistemləri, LED lampaların istehsalı istiqamətində fəaliyyət göstərir. Şirkətimiz hal hazırda 100-dən çox adda məhsul istehsal etməkdədir. Məhsullarımız 2017-ci ildən “ELSMART” ticarət markası adı altında Azarbaycanın ilk və tək Ağıllı Ev və Bina idarəetməsi sistemləri olaraq istehsal edilməkdədir. İstehsal etdiyimiz məhsulların elektron dövrələrinin (PCB) dizaynı şirkətimiz tərəfindən sifarişə uyğun hazırlanır. Qurğuların “beyinləri” sayılan mikroçiplərin proqrmlaşdırılmasından mobil (IOS və Android) proqramlamaya qədər bütün proqram yazılımları bizim şirkətin mühəndisləri tərəfindən aparılır. Məhsullarımız 100% yerli mütəxəssislər tərəfindən hazırlanır. Şirkətimiz özəl istəklər əuyğun olaraq fərqli cihaz istehsalı sifarişləri də qəbul edir.

Fəaliyyətimiz

Fəaliyyət sahəmiz içərisinə; Bina və Ev avtomatlaşdırma xidmətləri ilə yanaşı Ağıllı ev sistemləri, təhlükəsizlik sistemləri, cctv, audio-video interkom sistemləri, multi media sistemləri daxildir. Bu sahələrlə əlaqədar təyin olunmuş Avropa və dünya standartlarında xidmət təqdim etməkdəyik. Yüksək texniki mütəxəssis heyyətinə sahib olan firmamız, inkişaf edən texnoloji yeniliklərə, araşdırma və təhsilə uyğunlaşmanı təmin edərək hər zaman inkişafı iş anlayışımızda əsas tuturuq.

Məqsədimiz

Firma olaraq məqsədimiz, xidmətin sərhədsiz və vaxtsız olduğu, müştəri məmnuniyyətinin hər zaman ön şərt olması, hər zaman ilk prioritet xidmət olduğu, bu məqsədə uyğun xidmət etməkdir. Əldə etdiyimiz məlumat və təcrübəni müştəriyə çəkinmədən təqdim etmək, xidmət ünsürü nə olursa olsun müştəri ilə başından sonuna qədər keyfiyyət və qiymət mövzusunda dialoq içində olmaq, müştərinin və firmamızın fikirlərini bir bütün içində ələ alıb doğru həllər çıxarmaq əsas məqsədimizdir.Məqsəd əvvəlcə pul qazanmaq deyil, müştəri və dost qazanmaq ən əhəmiyyətli fəlsəfəmizdir.

Məhsullar

Fb səhifə