Balakən rayonunda oktyabrın 13-də “QUBEK” otelinin konfras zalında “İE AGRO” və “BAMAGRO” şirkətinin təşkilatçılığı ilə qarğıdalı istehsal edən fermerlərin işgüzar forumu keçirilmişdir.
Forumda yerli icra hakimiyyəti orqanının, DAİM, “Səfəroğlu-Agro” MMC, “Turan” MMC-nin nümayəndələri, habelə fermerlər və sahibkarlar iştirak ediblər.
Maarifləndirici İşgüzar Forumun keçirilməsində məqsəd qarğıdalı istehsalı üzrə cari mövsumun möhtəşəm nəticələrini və yeni hibridləri müzakirə etmək olub.
Əsas hədəf fermerləri maarifləndirmək, düzgün aqrotexniki qaydaları, torpaq analizləri nəticələrinə əsasən gübrələrin, iqlim şəraitinə görə toxumların düzgün seçilməsinə və tətbiq olunmasına köməklik etmək, 2023-cü ildə hektardan məhsuldarlığı 20 tona çatdırmaqdır.
Forumda dən qarğıdalı istehsal edən Fermerləri motivasiya etmək üçün “BAMAGRO” şirkəti tərəfindən keçirilmiş “High Result” (Yüksək nəticə) müsabiqəsinin qalibləri Oğuz rayon fermeri Səbuhi Zahidov - 18,5 ton, Qarabağ bölgəsindən olan fermer Teyyub Abdullayev -17,2 ton və Zaqatalalı fermer Vüqar Nurayev -16 ton nəticə ilə təltif olunmuşlar. Qeyd edək ki, “High Result” müsabiqəsinin keçirilməsinin məqsədi yüksək nəticə əldə etmiş fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılması və digər fermerlərin də yüksək məhsul əldə etməsi üçün onlara stimul verməkdən ibarətdir.
Sonda Poinerin yeni hibridləri və fermerlərimizin öz sahələrindən real əldə etdikləri nəticələr haqqında prezentasiya nümayiş olunmuşdur.