Azərbaycanda ən böyük təhsil saytlarından biri olan “Aztehsil.com” Azərbaycanda onu təmsil edən şirkət dəyişib.
“Aztehsil.com”un Azərbaycanda yeni təmsilçisi "Mamedoglu Group " dur.
“AzTehsil.com” 2016-cı ilin may ayının 1-dən fəaliyyətə başlayıb.
“AzTehsil.com” Təhsil Portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hadisələri jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq Azərbaycan dilində operativ çatdırır. Elm-təhsil sahəsindəki problem və perspektivləri özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmaları da oxuculara təqdim edir.