Azərbaycan əkinçilik və bağçılıq üçün ən əlverişli iqlim qurşağın üzərində yerləşir. Təbiətin bizə bəxş etdiyi bu imkanlardan istifadə edərək əhalinin və sənaye müəssisələrinin tələbatını ödəmək imkanına malikdir. Amma son illər xəstəliklərin və zərərvericilərin çoxalması kənd təsərrüfatı sahələrinə ziyan vurmaqdadır.Nəticədə son illər xəstəlik və zərərvericilərlə mübarizə çətinləşir, məhsuldarlıq aşağı düşür. Bu məqsədlə 2020-ci ildə Balakən rayonunda fəaliyyətə başlayaraq “İE AGRO” yaratdıq. İlk gündən intensiv işlər apararaq müasir texnologiya sistemi ilə bağlarda,istixanalarda,qarğıdalı və kartof sahələrində kimyəvi mühafizə və aqrotexniki tədbirlər həyata keçirməyə başladıq. 2020-2022 cı illərdə sınaq məqsədi ilə Balakən,Şabran,Xudat və Quba rayonlarında alma bağlarında,Tovuz, Bərdə,Qax və Zaqaqtala rayonlarında müxtəlif vaxtlarda kartof və qarğıdalı sahələrində yeni pestisidlər və gübrələrdən son texnologiyaya əsaslanaraq kimyəvi mübarizə və aqrotexniki tədbirləri apardıq və çox fərqli nəticələr əldə etdik.
"BAĞ MARKET" bağçılıq təsarrüfatının yaradılması barədə fikir bir neçe il əvvəl yaranmışdır. Lakin bizi düşündürən əsas məsələlərdən biri bəstəboy ağacların bizim regionda yetişməsi və məhsuldarlığa gəlməsi üçün əlverişli torpaq və hava şəraitinin olub olmaması idi. Bu barədə rayonda əvvəl işləmiş aqranom mütəxəsislərin tam fərqli fikirlər söyləməsinə baxmayaraq biz xaricdən mütəxəsislər dəvət edərək yenidən araşdırmalar aparmağa başladıq. Araşdırmalar nəticəsində mütəxəsislər belə qərara gəldilər ki, rayonumuz bəstəboy ağacların əkilməsi və intensiv bağçılığın inkişafı üçün hər bir iqlim şəraitinə malikdir.
Ağacların əkilib becərilməsi və ona qulluq olunması üçün vacib amillərdən biri xüsusi təcrübədir. Bu məqsədlədə biz müşahidə aparmaq üçün Ukraynanın Çerkaski vilayətinə səfər etdik. Səfər zamanı orada İri İntensiv Bağçılıq təsərrüfatı olan Çerkovşina İntensiv Bağçılıq Assosiasiyasının direktoru A.V. Masenko ilə görüşdük. Təcrübəli bağbanın bizə bu təsərrüfat sahəsini öyrənməkdə və lazımı məlumat əldə etməkdə böyük köməkliyi olmuşdur. Assosasiya 60 hektar sahədə İntensiv Bağlar və tingçilik təsərrüfatı yaratmış və bu sahədə böyük uğurlar əldə etmişdir. Müşahidə zamanı orada dünyanın müxtəlif ölkələrindən gətirilmiş 800-ə yaxın ən məhsuldar meyvə növləri bizi valeh etdi. Masenkonun dediyinə görə bağçılıqnan 1980-cı ildən məşğul olur və bu illər ərzində bir çox nailiyyətlər əldə etmişdir.
Nailiyyətlərindən biri də virussuz calaq altı pajamların yetişdirilməsidir. Təcrübəli bağban bizim rayonun torpaq və hava şəraiti haqqında fikir bildirərkən belə deyir: “Ayağınızın altındakı qızıldır, amma siz bunu bilmirsiz”. Səfərimizdən əldə etdiyimiz uğurlu məlumatlardan sonra Balakən və Zaqatala rayonunda meyvə bağlarının salinmasına başladıq. Sonucda əldə etdiyim uğurlar göz qabağındadır.
Təsərrüfatın inkişafı üçün Rusiyanın Krasnodar vilayətində yerləşən “Sad Qiqant”, Ukraynannın "Çerkovşina İntensiv Bağçılıq Assosiasiyası", Türkiyənin “Pişkin Fidancılıq”, “Saffa Tarım”, Filyandiyanın “Scheteling”, İtaliyanın “Mazzoni” kimi şirkətləri ilə əlaqə quraraq əməkdaşlıq eləyirik. Gələcəkdədə qarşımıza qoyğumuz məqsədə nail olmaq, daha yüksək keyfiyyətli məhsul əldə etmək üçün xarici şirkətlərlə əmakdaşlığımızı davam etdirməyi və genişləndirməyi nəzərdə tutmuşuq. İşimizin yüksək səviyyədə qurulması üçün elmin nəaliyyətlərindən istifadə edirik.