ATLAS CRB 100
Zərbəyə davamlı AISI 304 keyfiyyətində paslanmaz poladdan hazırlanmış “ATLAS CRB 100” modeli həm qapalı, həm açıq məkanlarda istifadə üçün dizayn edilmişdir. Şüşə səthinin aşağı hissəsi xarici təsirlərə qarşı müqavimətini artırmaq və güc təmin etmək üçün kimyəvi cəhətdən təmizlənmiş bir dəstək plitəsi ilə gücləndirilir. Şüşə səth üzərində xüsusi çap texnikası ilə istəyə uyğun olaraq HD keyfiyyətində şəkil çap edilə bilər. Bu funksiya nəticəsində məhsulu öz zövqünüzə uyğun olaraq özəlləşdirə bilərsiz. Bəhs etdiyimiz tətbiq dünyada sadəcə “Atlas” şirkəti tərəfindən tətbiq olunur. Bu dizayndan əlavə olaraq turniket sürətli texniki xidmət və sürətli həll təmin edir. Həmçinin “CRB 100” modelinin sensoru induktivdir və hər cür mühitdə (toz, nəmlik və s.) rahat işləyə bilər. ATLAS CRB 100 turniketləri elektrik kəsilməsi anında sərbəst keçidə icazə verir.
Texniki xüsusiyyətləri:
- Gövdə: AISI 304 keyfiyyətində paslanmaz metal.
- Qol: Standart 32mm qalınlı alüminium.
- Mexanizm: Zərbəyə dözümlülüyü yüksək polad qarışımından hazırlanmışdır.
- Kilidləmə sistemi: AISI 304 keyfiyyətində paslanmaz polad.
- İşləmə: Hər iki istiqamətdə tənzimlənə bilər.
- Elektrik təchizatı: 220 VAC, 60 Hz.
- İşləmə temperaturu: -10 C / +50 C.
- Keçid sürəti: 20 nəfər/dəqiqə.
- Keçidlər arasında məsafə: 45 sm. (standart qol uzunluğu)
- Led göstərici: Hər iki istiqamətə standart.
- Çəkisi: 28 kg.
- İstifadə sahələri: Açıq və qapalı məkanlarda istifadə üçün uyğundur.
Sifariş üçün:
(+994) 50 732 74 97 Zəng/Whatsapp
DİGƏR MƏHSULLAR