logo
Çağrı mərkəzi;
051 436 77 70
Bizə yazın;
[email protected]

Agıllı ev sistemləri

Ağıllı ev rahatlıq, qənaət, maksimum təhlükəsizlik, mərkəzdən və uzaqdan hər şeyə nəzarət edərək, idarə edə bilməkdir. Ağıllı ev ssenariləri zaman itirmədən işıqlandırma, istilik-soyutma, təhlükəsizlik, əyləncə, bağ suvarması və s. kimi gündəlik həyatınızda olan standart ehtiyaclarınızı mərkəzdən bir toxunuşla idarə etməyinizə imkan yaradır. Bu sistem gündəlik həyatda bir çox işləri avtomatik olaraq yerinə yetirilməsini təmin edir. Günəş doğarkən jalüz, pərdələrin avtomatik açılması və ya istənilən işıq səviyyəsinə görə avtomatik olaraq ayarlanmasını tənzimləyir. Küləyin sürətinə və yağış yağma durumuna bağlı olaraq jalüzlərin avtomatik bağlanması təmin edilə bilər.

Çöl hava şərtlərinə görə evin istiliyinin istənilən dərəcəyə gətirilməsi, hərəkət detektorları ilə evin hollarında işıqların istənilən aydınlıq dərəcəsinə görə avtomatik olaraq yandırılması, hər hansı bir həyəcan vəziyyəti, qaz qaçağı və ya su basqını zamanı vanaların avtomatik olaraq bağlanması, bütün evin elektrikcərəyanının kəsilməsi və s. kimi imkanlarla bu siyahını genişləndirmək olar.Elsmart, Ev Avtomatlaşdırma Sistemlərində plataların dizaynından tutmuş, proqramlaşdırılmasına kimi hər şey yerli mütəxəsislər tərəfindən aparılır. Bu isə sizə arzuladığınız ssenarini evinizə tədbiq etmək imkanı verir. Bu sistem gündəlik həyatda bir çox işləri avtomatik olaraq yerinə yetirilməsini təmin edir.

Fb səhifə